Məşğələlər



İdrakın inkişafı.
Standart: id.  2.2.1. 2.2.4.
 Mövzu: “8 ədədi, neçənci? neçə? suallarının fərqi ”
Məqsəd: 8 ədədini tanıyır, 8 dairəsində əşyaları sayır, hesablama  əməliyyatları yerinə yetirir, neçənci? neçə? suallarını fərqləndirir .
İnteqrasiya: id. 2.2.5, 2.2.6, 2.2.7, 2.3.9. S. e. 4.1.2.
  İş üsulu: Nağıletmə,  suallar,  əqli hücum,  müzakirə, söz assosiasiyası,  tap-tapmaca .
İş forması: Kollektivlə iş, qruplarla iş.
Resurslar: Lövhə, proyektor,  Mimio Studio qurğusu, kompyuter, həndəsi fiqurlar, iş vərəqləri, karandaşlar.

Məşğələnin gedişi :
 I mərhələ. Motivasiya.
 Cırtdan 7 dostu ilə  Bayraq meydanına gedirsə, Bayraq meydanına cəmi neçə nəfər getmiş olar?
Verilmiş slayd müzakirə olunaraq, sualın cavabı-8 rəqəmi uşaqlardan alınır.
7 ədədi 6 ədədindən sonra, 8 ədədindən qabaq gəlir. (Tərbiyəçi uşaqları düzgün cavaba istiqamətləndirərək dinləyir).
Bu məşğələmizdə 7-dən 1 ədəd böyük olan  8 ədədi və rəqəmi ilə tanış olacaqsınız.
II Dərketmə mərhələsi :  
Şəkildə 8 ilbiz var. Bunlardan 1-i böyük, qalanı kiçik ilbizdir. Neçə kiçik ilbiz var?(5-ci slayd)
 Sizcə nəyə görə ona səkkizayaqlı ilbiz deyirlər? Ayaqlarını sayaq.
Soldan sağa sayaraq 8-ci topu göstər
Sagdan sola sayanda futbol topu neçəncidir?
I sırada hansı fiqurlar əks olunub?
II sırada hansı fiqurlar əks olunub?
I sırada neçə dairə var?
II sırada neçə kvadrat var? 
Qələmi götür fiqurları iki-iki qruplaşdır. 8 və 7 ədədlərinin  cüt ədəd, yoxsa tək ədəd olmasını müəyyənləşdir?
Tək ədədləri cüt ədədlərdən ayır, ardıcıllıqla düz.
                 İdman dəqiqəsi
        İş vərəqlərində və lövhədə ədəd evində 8 ədədinin tərkib hissələri  işlənir:
Fiqurları rəngləyərək, ədədləri düzgün yerləşdirərək 8 ədədinin tərkib hissələrini qurun.
    8 ədədi sizə nə xatırladır?   

III Düşünmə mərhələsi :

Qruplarla iş:









Tapşırıqların liderlər tərəfindən təqdimatı, müzakirəsi, fikir mübadiləsi.
Ümumiləşdirmə: 8 ədədi 7 və 9 ədədləri arasında yerləşir. 8 ədədi cüt ədəddir.
“Delfin” uşaq bağçası : Rəhimova Səbinə Rövşən q



Bakı şəhəri Binəqədi rayonu “Delfin”uşaq bağçası  Rəhimova Səbinə Rövşən qızı tərəfindən  orta qrup səviyyəsində Sadə Riyazi Təsəvvürlərin İnkişafı məşğələsi üçün tərtib olunmuş icmal. Məşğələnin vaxtı 20 dəqiqə.
İdrakın inkişafı.
Standart:  İdrak inkişafı-
2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, kəmiyyət) görə fərqləndirir və
müqayisə edir.
2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox, uzun- qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir.

Mövzu: “ Bir və çox anlayışları ”
Məqsəd:
 1. Əşyaları müəyyən əlamətinə görə fərqləndirir.
 2. Əşyaları müəyyən əlamətinə görə müqayisə edir.
 3. Bir və çox  anlayışlarını dərk etdiyini nümayiş etdirir.
 4. Əşyalarla sadə əməliyyatları yerinə yetirir. 1 ədədini tanıyır.
 5. Anladığını 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edərək ifadə edir.
İnteqrasiya: İd. 2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir.
                     Es. 3.1.1. Sadə təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, fırça, yapışqan, plastilin) təyinatına görə istifadə edir.
                     S.e 4.1.2. Problemin həllində təşəbbüskarlıq göstərir.
İş üsulu: Tap-tapmaca, suallar, əqli hücum, müzakirə, söz assosiasiyası.
İş forması: Kollektivlə iş, fərdi iş.
Resurslar və təchizat: Lövhə, proyektor, Mimio Studio qurğusu, karandaşlar, iş vərəqləri, müxtəlif şəkillər, çəmən, özün rənglə.


https://www.youtube.com/watch?v=mGws5R2ESwI



Ətraf aləmlə tanışlıq məşğələsi. 
Inkişaf sahəsi:İdrakın inkişafı
Standart 2.3.3: Canlı və cansız  aləmin obyektlərini (insan, heyvan, quş, bitki,qum,daş,torpaq,işıq) əlamətinə  görə fərqləndirir.
Mövzu: Canlı və cansız təbiət
Məqsəd:
                1) Təbiət haqqında bildiyini ifadə edir.
                2) Canlı və cansız təbiəti fərqləndirir
                3) Canlı və cansız təbiəti müqayisə edir.
                4)Fikrini bütöv cümlələrlə rabitəli söyləyir.
İntqerasiya:İd.i. 2.1.1.Dinləyib-anladığını,verdiyi sual və cavablarla  nümayiş etdirir. 2.3.4. Canlı aləmdə baş verən proseslərə dair suallar verir sadə ifadələr ilə (böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir s.) təsvir edir.
1.3.3.Əşyalardan(karandaş, fırça,qayçı,təbaşir,rəngli boya, mozaika,top,oyuncaqlar, plastilin gil, quraşdırma materialları) istifadə edir.
İş üsulu: Əqli hücum, suallar, müzakirə, problemli situasiya, tap-tapmaca.
Təlim fəaliyyəti: Kollektiv və qruplarla iş.
Resusrlar: Canlı və cansız təbiətə aid şəkillər ,flyaş, televizor ,vərəqlər, yapışqan,testlər.







Комментариев нет:

Отправить комментарий